Dünya

Ukrayna kəşfiyyatı: “İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək”

Sharing is caring!

Noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox “Şahed-136”, “Mohajer-6” və “Arash-2” döyüş PUA-ları göndərməyi planlaşdırır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

“Məlumdur ki, PUA-lar Xəzər dənizi vasitəsilə Həştərxan limanına çatdırılacaq. Pilotsuz uçuş aparatları sökülmüş vəziyyətdə gətiriləcək. Gələcəkdə onlar Rusiya Federasiyasının ərazisində yığılacaq və Rusiya işarələri ilə yenidən rənglənəcək”, – deyə idarədən bildirilib.

Hesabatda qeyd olunub ki, sentyabrın 13-də rusiyalı hərbçilər İranın kamikadze dronlarını Ukraynaya qarşı ilk dəfə istifadə etdikdən sonra Ukrayna Müdafiə Qüvvələri 300-dən çox belə PUA-nı vurub.

Bundan əlavə, İranın Rusiyaya yüksək dəqiqlikli raketlər, eləcə də gülləkeçirməz jiletlər verəcəyi barədə də məlumatlar var.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir