Cəmiyyət

QHT layihənin yekun tədbirini keçirdi

Sharing is caring!

Əsgər Ailələrinə Dəstək ictimai birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin  təşkili: TV -nın və Web-saytın  yaradılması” layihəsini icra etdi. Layihə 1sentyabr-1 dekabr tarixinədək həyata keçiriləcək. 

Layihə Bakı şəhəri, Göranboy rayonu, Ağcakənd qəsəbəsində icra olundu. Layihədə şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsindən, maarifləndirilməsindən, dövlətin həssas qruplarla bağlı verdiyi sərəncam və fərmanların təbliğindən  bəhs edildi.Layihə rəhbəri Mətanət Əsgərqızının məlumatına görə iki ay müddətdə görüşlərdə otuzdan çox müraciət olub. 

Müraciətlər əsasən mənzil məsələsi, işsizlik, veteranlıq ala bilməmək və s-dir. Tədbirlərə yekun vuran ictimai birlik rəhbəri dəvət olunan qonaqlara əvvəlcə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. 

Daha sonra o, layihə və görülən işlər barədə geniş məlumat verərək  ərizə və müraciətlərin  həlli üçün artıq məkrubların yazılması, aidiyyəti qurumlara müraciətlərin olunması işinin başlandığını qeyd etdi.

Layihə bitsə də davamlıllığın təmin olunması üçün təşkilata inanaraq müraciət edənlərin hər birinə həssaslıqla yanaşıldığını vurğuladı.

”Nəticələrin müsbət həlli layihənin uğuru olacaq” deyən Mətanət Əsgərqızı QHT-lərə Dövlət Dəstəyi Agentliyinə hesabat verildiyi kimi mətbuatda da dərc ediləcəyini xüsusi qeyd etdi. 

 YeniZamantv.az saytının artıq mətbuat ailəsinə daxil olduğunu, TV-nin isə studiyanın qurulmasından sonra ilk vaxtlar həftədə bir dəfə efirə çıxacağını qeyd etdi. Daha sonra qonaqların çıxışları dinlənildi. 

“Vətən naminə” inkişafa doğru ictimai birliyinin sədr müavini  Şamo Salayev qeyd  etdi ki, belə layihələrin icrası vətəndaşla dövlət arasında körpü rolunu oynayır.

 Çatişmamazliqlar, çətinliklər, qayğı harada aşağı səviyyədədirsə QHT –lər üzə çıxarırsa bu çox dəyərləndirilməlidir. 

Bu gün fədakarlıq göstərən təşkilatlara eyni zamanda  özəl sektor qayğı göstərməlidir.

 Lakin  çox təəssüf ki, bizdə bu hələ inkişaf etməyib. Lahihədə görülən işlərin hesabatını dinlədikcə düşünmək olar ki, həm saytınızda həm də TV-də də uğurlar qazanacaqsız.

 Bu isə hər kəsin yalnız işinə məsuliyyətlə yanaşmasından irəli gəlir. Digər qonaqlar QHT rəhbərləri Bəsti Nəsibova, Maral Qocaman,Xədicə Mikayılova, Mehriban Abdullayeva ictimai birliyə daha uğurlu layihələr icra etməyi arzuladılar.

 Xatırladaq ki, ilk dəfə layihələri canlı yayımda məhz Əsgər Ailələrinə Dəstək icra  edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir