Cəmiyyət

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri strategiya və idarəetmə müsabiqəsində iştirak ediblər – FOTO

Sharing is caring!

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Vüsalə Bayramova, həmçinin “Yüksəliş” müsabiqəsinin finalçıları Elnur Məmmədli, Murad Musayev və David Poladovdan ibarət “Travellers” komandası 3-5 oktyabr tarixlərində İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən “Global Management Challenge” (GMC) yarışının beynəlxalq finalında iştirak ediblər.

Qeyd edək ki, 15-21 sentyabr 2022-ci il tarixlərində ilk dəfə olaraq Azərbaycanda dünyanın ən böyük strategiya və idarəetmə müsabiqəsi olan “Global Management Challenge” (GMC) yarışının onlayn formatda milli seçim turu və finalı keçirilib. “Yüksəliş” müsabiqəsinin qalib və finalçılarından ibarət komanda bu mərhələni qazanaraq müsabiqənin beynəlxalq finalında iştirak haqqı qazanıb.

Biznes simulyator platformasında keçirilən GMC ilk dəfə 1979-cu ildə Portuqaliyada iri şirkətlərin rəhbərləri arasında təşkil olunub. 1984-cü ildə isə yarış ilk dəfə beynəlxalq formatda keçirilib. Müsabiqədə 3-5 nəfərlik komandalar yarışırlar – şərti şirkətin fəaliyyətini idarə edir, 70-dən çox parametr üzrə müxtəlif qərarlar verirlər, bu qərarların əsasında simulyator idarə olunan şirkətin səhmlərinin dəyərini müəyyən edir. Səhmləri ən yüksək qiymətə olan şirkət (komanda) qalib gəlir. Yarışda müxtəlif illərdə 40-a yaxın dövlət iştirak edib. Bu il isə yarışda üç fərqli qrupda 15 komanda iştirak edirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir