Dünya

“Twitter”də mavi nişanı olanlara İlon Maskdan BƏD XƏBƏR – FOTO

Sharing is caring!

Amerikalı sahibkar İlon Mask “Twitter” hesabının verifikasiyası prosesinin tam şəkildə yenidən qurulduğunu elan edib.

O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

“İndi bütün verifikasiya prosesi nəzərdən keçirilir”,  – deyə milyarder xəbərdarlıq edib.

Qeyd edək ki, “Twitter”in verifikasiyası dedikdə, o, hesabın məşhur şəxsə və ya brendə məxsus olmasının həqiqiliyini təsdiqləyən mavi nişanı nəzərdə tutur.

Bundan başqa “Twitter” şirkəti sosial şəbəkədə təsdiqlənmiş səhifələrin sahibləri üçün rüsumu artırmağa hazırlaşır.

Bildirilir ki, Maskın göstərişi ilə “Twitter Blue” opsionunun (bu funksiya təsdiqlənmiş istifadəçilər üçün əlavə funksiyalara girişi təmin edir) qiyməti ayda 4,99 dollardan 19,99 dollara qalxacaq. Hazırkı plana əsasən, təsdiqlənmiş istifadəçilərə yeni abunə üçün qeydiyyatdan keçməyə 90 gün vaxt veriləcək, əks halda, onlar mavi nişanlarını itirəcəklər. Layihə üzərində işləyən “Twitter” işçilərinə də xəbərdarlıq edilib ki, bu funksiyanı noyabrın 7-dək tətbiq etsinlər. Yoxsa işdən çıxarıla bilərlər.

Mənbə: The Verge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir