Dünya

Cənubi Koreyadakı izdihamda məşhur müğənni də ölüb – FOTO

Sharing is caring!

Cənubi Koreyada baş verən izdihamda K-pop ifaçısı və aktyor Li Ci Han da vəfat edib.

24 yaşlı sənətçi oktyabrın 29-da Seulun mərkəzində baş verən kütləvi izdihamın qurbanlarından biri olub.

Sənətçi ilk dəfə “Produce 101” hit realiti-şousunun ikinci mövsümündə iştirak etməklə məşhurlaşmışdı. O, aktyorluq karyerasına 2019-cu ildə “Namhyun’s Today Was Another Day” serialında çəkilməklə başlamışdı.

Xatırladaq ki, Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində “helloween” bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 154-ə çatıb, 133 nəfər isə yaralanıb.

Mənbə: Entertainment News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir