Dünya

Donetskdəki azərbaycanlılar ailələrini Avropaya göndərməyə çalışırlar – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevə Belarus ərazisindən hücumlar davam edir.

Məlumata görə, Ukraynanın digər bölgələrindən Kiyevə axın edən sakinlərin bir qismi son günlər şəhərə edilən raket və dron hücumları səbəbindən buranı tərk edir.

Qeyd edilib ki, Kiyevdə elektrik böhranı digər ərazilərə nisbətən daha çox hiss olunur. 

“Havanın günü-gündən soyuması və elektrik enerjisində fasilələrin artması, eləcə də digər kommunal xidmətlərin verilməsində problemlər olması səbəbindən insanlar şəhəri tərk etməyə başlayırlar”, – deyə əlavə edilib.

O da bildirilib ki, Donetskin Kramatorsk, Konstantinovka, Toretsk, Slavyansk rayonlarında yaşayan həmyerlilərimiz ailələrini Ukraynanın qərbinə və Avropaya göndərməyə çalışırlar.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir