Dünya

Messi dünya çempionatında favoritlərin adlarını AÇIQLADI

Sharing is caring!

Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında əsas favoritlərinin adlarını açıqlayıb.

Onun fikrincə bu, Braziliya və Fransadır.

“Favoritlərə gəlincə, Braziliya, Almaniya, Fransa, İngiltərə və İspaniya kimi böyük komandalar var. Əminəm ki, bəzilərini unutmuşam. Amma bir və ya ikisinin adını çəkməliyəmsə, hələlik Braziliya və Fransa olacağını düşünürəm. Bunlar bu DÇ-ni qazanmağa iki əsas namizəddir”, – deyə ulduz futbolçu bildirib.

Xatırladaq ki, dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək.

Mənbə: Çempionat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir