İdman

Finlandiya klubu “Qarabağ”la oyunlar üçün 24 futbolçunu iştirak ərizəsinə daxil edib

Sharing is caring!


Finlandiyanın HİK komandası Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Qurumun rəsmi saytında verilən məlumata görə, Helsinki təmsilçisi 24 futbolçu sifariş edib.

Baş məşqçi Toni Korkeakunnasun siyahıya daxil etdiyi oyunçulardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Myönpyö

Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan

Yarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pürü Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay

Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka

Qeyd edək ki, “Qarabağ” HİK-ə qarşı ilk matçını avqustun 10-da Bakıda, cavab görüşünü isə bir həftə sonra Helsinkidə keçirəcək

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir