Dünya

Bolqarıstan Rusiyanı dövlət saytlarına kiberhücumda ittiham etdi

Sharing is caring!

Bolqarıstan baş prokurorunun müavini Borislav Sarafov respublikanın hakimiyyət orqanlarının saytlarına baş vermiş kiberhücumun Rusiyadan təşkil olunduğunu bildirib.

Onun sözlərinə görə, haker hücumunu həyata keçirən konkret şəxs müəyyən edilib. Nazir hakerin Rusiyada olduğuna aydınlıq gətirib. Sarafov hücumun Maqnitoqorskdan edildiyinə aydınlıq gətirib.

Hücumlara görə məsuliyyəti Rusiyanın “KillNet” qrupunun hakerləri öz üzərinə götürüb.

Qeyd edək ki, ümumilikdə Bolqarıstanda prezidentin, hökumətin, Maliyyə, Müdafiə, Səhiyyə, Ədliyyə, Daxili İşlər və Kəşfiyyat Nazirliklərinin, elektron hökumətin, Konstitusiya Məhkəməsinin saytı bloklanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir