İdman

UEFA seminarına gedən rusiyalı hakimi İsveçrəyə buraxmadılar

Sharing is caring!

Rusiyalı referi Rafael Şafeyev Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) gənc hakimlər üçün Nyonda (İsveçrə) keçirdiyi seminarda iştirak edə bilməyib.

Məlumata görə, Şafeyev viza almayıb, ona görə seminarı buraxmaq məcburiyyətində qalıb.

Buna baxmayaraq, Şafeyevin yoxluğunda rusiyalı arbitrlər komandası natamam olsa da, təkmilləşdirmə kursunu bitirib.

Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu qurumların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir