Dünya

Lvov sakinlərinə üç günlük su ehtiyatı yığmaları tapşırıldı

Sharing is caring!

Ukraynanın Lvov şəhəri sakinlərinə üç günlük su ehtiyatı yığmaları tövsiyə olunub.

Bu barədə Lvov Su İdarəsi məlumat verib.

Məlumata görə, indi “Lvovvodokanal”ın bütün nasos stansiyaları, eləcə də müştərilər üçün su təchizatı sistemləri fasiləsiz işləyir. Lakin kritik infrastruktur hələ də təhlükə altındadır, ona görə də Lvov sakinlərinə su ehtiyatı yığmaq məsləhət görülür.

“Artıq anladığımız kimi, düşmənimiz insan deyil, ona görə də infrastrukturumuz hələ də təhlükə altındadır. “Lvovvodokanal” hər kəsdən xahiş edir ki, mümkün qədər evdə ən azı 72 saatlıq içməli su ehtiyatı toplasın”, – deyə Su İdarəsi “Facebook” hesabında qeyd edib.

Mənbə: Unn.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir