Dünya manset

Səudiyyə kralının yaxın adamı öldürüldü

Sharing is caring!

Səudiyyə kralının ən yaxın mühafizəçilərindən olan general Əbdüləziz bin Beddah öldürülüb.

XəbərAl.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan SPA məlumat yayıb. Bildirilir ki, Əbdüələziz bin Beddah Ciddədə dostunun evində olarkən Al Ali adlı digər şəxslə mübahisə edib. Bu zaman Al Ali atəş açıb və general ağır xəsarət alıb, həmçinin evdəki filippinli xidmətçi də yaralanıb. Xəstəxanaya çatdırılan Əbdüələziz orada ölüb. Hadisə yerinə gələn Məkkə polisi Al Alini yaxalamaq istəyərkən o silahlı müqavimət göstərib. Atışma zamanı generalın qatili öldürülüb, həmçinin daha 5 nəfər xəsarət alıb.

Qeyd edək ki, general Əbdüləziz bin Beddah Səudiyyə ərəbistanı kralının mühafizəsini təşkil edən şəxs olub.

Generalın vəliəhd şahzadə Məhəmməd bin Salmanla münasibətlərinin normal olmadığı da qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir