Dünya

Qazaxıstanın Kiyevdəki səfirliyinin əməkdaşları təxliyə ediləcək

Sharing is caring!

Qazaxıstan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyinin əməkdaşlarının təxliyəsi imkanlarını nəzərdən keçirir.

Bu barədə jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

“Hazırda söhbət səfirliyin bağlanmasından yox, səfirlik əməkdaşlarının təxliyəsindən gedir. Bu məsələ yaxın günlərdə həll olunacaq. Təxliyə çox güman ki, tam şəkildə olacaq”, – deyə o qeyd edib.

A.Smadiyarov diplomatik heyətin hansı şəhərə təxliyə ediləcəyi barədə dəqiq məlumat verməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir