Siyasət

Çavuşoğlu İrəvanla Bakı arasındakı vəziyyəti qiymətləndirdi: “Ermənistanın yaşadığı travmalar var”

Sharing is caring!

“Müharibə bitdikdən sonra, daha dəqiq desək, Azərbaycanın Qarabağ Zəfərindən sonra sabitlik vacibdir”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla Azərbaycan arasındakı vəziyyəti dəyərləndirərkən deyib.

“Ermənistanın yaşadığı travmalar var. Axı 30 ildir işğal etdiyi torpaqları öz əraziləri kimi qəbul edib. Artıq müharibə bitib, amma sülhü istəməyənlər çoxdur. Ermənistan daimi sülh yoluna getməli olduğunu anlamalıdır. Müzakirələr artıq daha yaxşı istiqamətdə gedir.

Brüssel və Praqa buna nümunədir. Videolar və fotoları da mətbuatda nümayiş etdirilib. Nəticədə Ermənistanla Azərbaycan arasında daimi sülh müqaviləsi bağlanmalıdır”, – deyə o qeyd edib.

Bu məsələdə ən mühüm məqamın ölkələrin bir-birilərinin ərazi bütövlüyünə hörmət etməsinin olduğunu bildirən Çavuşoğlu deyib:

“Normallaşma mövzusunda səmimiyik. Ermənistanın çətinliklərini də bilirik. Ancaq Türkiyə ilə Ermənistan arasında gedən prosesin Azərbaycandan ayrı olduğunu düşünmək çox yanlışdır. Biz Azərbaycandan ayrı hərəkət etmirik. Prezidentimiz ilə İlham Əliyev daim təmasdadırlar”.

Mənbə: Sabah

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir