Dünya

Türkiyədə sərnişin avtobusu aşdı: Onlarla insan yaralandı

Sharing is caring!

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb.

Əldə edilən məlumata görə, qəza Şanlıurfa-Qaziantep avtomobil yolunda baş verib. Hadisə yerinə gələn xilasedicilər xəsarət alanları avtobusdan çıxarıb, daha sonra xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəza sürücünün ötmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir