Dünya

Çavuşoğlu Yunanıstanı hədələdi

Sharing is caring!

Yunanıstanın hərbisizləşdirilmiş Lesbos və Samos (Midili və Sisam) adalarına ABŞ istehsalı olan zirehli maşınlar göndərməsindən sonra Afinanın təxribatlarına Ankaradan reaksiyalar bir-birinin ardınca gəlməkdə davam edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstanın təxribatları ilə bağlı açıqlamalar verib.

“Yunanıstan adaları silahlandırarkən biz də lazımi addımları atacağıq”, – deyə o bildirib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldığı televiziya proqramında Yunanıstanla bağlı açıqlamalar verərək, ABŞ-ın hərəkətini qəbuledilməz adlandırıb.

Mənbə: Sabah

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir