Kriminal

Narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verilib

Sharing is caring!


Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Aleksandr Aleksandroviç Kazakovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Aleksandr Kazakovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

Qeyd edək ki, Aleksandr Aleksandroviç Kazakov Cinayət Məcəlləsinin 234.1.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir