Dünya

Rusiya Türkiyədə ikinci AES inşa edə bilər

Sharing is caring!

Sinop vilayətində AES-in tikintisi üzrə Rusiya ilə danışıqlar davam etdiriləcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Sinop əyalətində atom elektrik stansiyasının tikintisi üçün addımlar atacağıq. Cənab Putinlə bu məsələ ilə bağlı danışıqlarımız olub, onları davam etdirəcəyik”, – Ərdoğan “CNN” Türk telekanalının efirində deyib.

Türkiyə lideri, həmçinin ölkənin cənubundakı Mersin vilayətində tikilən Akkuyu AES-in ilk enerji blokunun 2023-cü ildə işə salınacağını, stansiyanın özünün tikintisinin 2028-ci ildə tamamlanmasının planlaşdırıldığını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir