Siyasət

Qafqaz danışıqları üzrə baş müşavir Ceyhun Bayramovla görüşəcək

Sharing is caring!

Ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rikeri qəbul edib. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir