Dünya

London hava limanında iki sərnişin təyyarəsi toqquşub

Sharing is caring!

Londonun Hitrou hava limanında iki sərnişin təyyarəsi toqquşub.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Bu barədə hava limanının administrasiyası məlumat yayıb.

“Təcili yardım xidmətləri hava limanında iki təyyarənin iştirakı ilə insidentin baş verdiyi yerə gəlib. Tələfat barədə məlumat yoxdur, lakin xidmətlər bütün sərnişinlərin və ekipaj üzvlərinin özlərini yaxşı hiss etdiyinə əmin olmaq istəyir”, – Hitrounun sözçüsü bildirib.

Qeyd edək ki, uçuş-enmə zolağında toqquşan təyyarələr  “Icelandair” və “South Korean Air” aviaşirkətlərinə məxsus olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir