Dünya

Azərbaycanlı fəallar İran həbsxanalarında aclıq aksiyasına başlayıblar – FOTO

Sharing is caring!

Sentyabrın 21-də İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində saxlanılan azərbaycanlı fəallar aclıq aksiyasına başlayıblar.

Qeyd olunur ki, onlar ETTELAAT təcridxanasında dindirildikdən sonra Marağa zindanının karantin bölməsinə yerləşdiriliblər.

Aclıq aksiyasına başlayan aktivistlər bəyan ediblər ki, onlar bu vasitə ilə qanunsuz həbslərə, təzyiq və təhqirlərə etiraz edirlər.

Hələlik onların nədə ittiham olunduqları barədə heç bir açıqlama verilmir və fəalların yaxınları onların həyatlarına təhlükə törədildiyi halda Məlikan şəhərinin prokuroru Mürtəza Fərcampurun məsuliyyət daşıyacağını bildirirlər.

Mənbə: Gadtb.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir