Dünya

Rusiya Odessaya raket zərbəsi endirib, ölən və yaralananlar var

Sharing is caring!


Rusiya qoşunları iyulun 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.

Bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper sosial şəbəkədə məlumat yayıb. 

Atəş nəticəsində bir mülki şəxsin öldüyü bildirilir.

“Odessada saat 03.00-a olan məlumata görə, 4-ü uşaq olmaqla, 18 zərərçəkən var. 14 nəfər şəhər xəstəxanalarına yerləşdirilib, onlardan üçü uşaqdır”, – Oleq Kiper bildirib.

Kiperin sözlərinə görə, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəyişə bilər. Təcili yardım briqadaları hadisə yerindədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir