Dünya

İsveçdə işıqlar söndürülə bilər

Sharing is caring!

İsveçin ötürücü sistem operatoru “Svenska Kraftnät”ın baş direktoru Lotta Medelius-Bredhe bu qış yüksək qiymətlər və işıqların kəsilməsi riski barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, ölkə elektrik enerjisini idxal edir və İsveçin qışda idxala ehtiyacı təxminən 1400 MVt təşkil edir.

Bredhe qışda elektrik enerjisinin qiymətlərinin “çox yüksək” olacağını proqnozlaşdırıb. O, alıcıları öz istehlaklarını tənzimləməyə və azaltmağa çağırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir