Kriminal

Əvəz Zeynallı və Elçin Sadıqov məhkəməyə aparılıb

Sharing is caring!

İspaniya La Liqasında “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc canlı yayımda məlumat verib.

O bildirib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir. 

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.

Əvəz Zeynallı dindirildikdən sonra məhkəməyə aparılıb. Baş Prokurorluq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib. Yaxın saatlarda növbətçi hakim tərəfindən qərar çıxarılacağı gözlənilir.

Vəkil Elçin Sadıqov barəsində də Cinayət Məcəlləsinin 311-ci maddəsi üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun istintaq İdarəsi tərəfindən Elçin Sadıqovla bağlı həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib.

Yaxın saatlarda növbətçi hakim tərəfindən təqdimata baxılacağı gözlənilir.

Qeyd edək ki, Elçin Sadıqovun adı müdafiəçisi olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq Əvəz Zeynallıya verilməsində hallanır. Vəkil özü isə bu məlumatları təkzib edir.

Bu gün onun evində və iş otağında Baş Prokurorluq əməkdaşları tərəfindən axtarış keçirilib, sənədlər götürülüb. Daha sonra isə E.Sadıqov özü də qurumun İstintaq İdarəsinə aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir