Dünya

Putin Ərdoğanla Ukraynadan Avropaya taxıl ixracının məhdudlaşdırılmasını müzakirə edəcək

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putin Ukraynadan Avropaya taxıl ixracını məhdudlaşdırmaq barədə düşünməyi təklif edib.

O, bu barədə Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

Kreml rəhbəri bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyini deyib.

“Bəlkə, bu marşrutla (Ukraynadan Avropaya – red.) taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəyəm. Axı biz onunla Ukrayna taxılının ixracı mexanizmini işləyib hazırlamışıq”, – deyə prezident bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir