İdman

Milli Olimpiya Komitəsinin baş katibi mükafatlandırılıb

Sharing is caring!

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev mükafatlandırılıb.

MOK-un Mətbuat xidmətindən verilən məlumata görə, o, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) yarışların yüksək səviyyədə keçirilməsinə töhfə verdiyi üçün Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, Azər Əliyev EYOF-un Koordinasiya Komissiyasının üzvüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir