Cəmiyyət

Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”

Sharing is caring!

“25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, 60 yaş üzəri olanlardan isə 68 faizi uğur əldə edib:

“Bizi 40-55 yaş arası olanlar daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar. Müəllimlər daha çox sözlərdə hərflərin ardıcıllığı ilə bağlı 18 faiz səhv cavab verib”.

Nazir əlavə edib ki, bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir