Dünya

Məşhur milyarderi qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edildi

Sharing is caring!


“Cash App” texnologiya şirkətinin qurucusu və “Square” İT şirkətinin keçmiş rəhbəri, məşhur milyarder Bob Linin qətlində şübhəli bilinən şəxs həbs edilib.

Bu barədə “Engadget” nəşri məlumat verib.

San-Fransisko polisi şübhəlinin Emerivilldə yerləşən “Expand IT” firmasının sahibi Nima Momeni olduğunu təsdiqləyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Momeni və Li bir-birini tanıyırdılar, qətl isə soyğunçuluq məqsədilə və ya təsadüfi olmayıb.

Məlumata görə, Li Momeniyə məxsus avtomobildə olub. İddia olunur ki, onlar arasında münaqişə hələ avtomobilin içində olarkən başlayıb və San-Fransisko küçələrində davam edib.

Nəşr qeyd edir ki, İT şirkətlərinin top-menecerlərinin qətli çox nadir hallarda baş verir.

“Yüksək texnologiya sənayesində şəxsi çəkişmələr, şübhəsiz ki, baş verir, lakin nadir hallarda zorakılığa çevrilir”, – deyə jurnalistlər fikirlərini bildiriblər.

Xatırladaq ki, “Cash App” şirkətinin qurucusu Bob Li aprelin 4-də San-Fransiskoda 43 yaşında bıçaqla qətlə yetirilib. Təcili yardım iş adamını xəstəxanaya çatdıra bilsə də, Li aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Bob Li ABŞ İT sahəsində nüfuzlu şəxs sayılırdı. O, “Cash App” və “Square” ilə yanaşı “Java” proqramçısı və “Android” mobil əməliyyat sisteminin keçmiş tərtibatçısı kimi tanınırdı.

Mənbə: “Engadget”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir