Cəmiyyət

Bəstəkar Cavanşir Quliyevin son vəziyyəti AÇIQLANDI

“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti normallaşıb”. Bu barədə Oxu.Az-a onun yaxın dostu məlumat verib. O, bəstəkarın vəziyyətinin əvvəlki günlərə nisbətən daha yaxşı olduğunu bildirib. Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub. Bəstəkar Cavanşir Quliyevin müalicəsinə […]

Dünya

Filippində torpaq sürüşməsində 100-dən çox insan itkin düşüb

Filippinin Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, daha 110 nəfər isə hələ də itkin düşmüş sayılır. Bu barədə yerli kanallar məlumat yayıb. Bildirilir ki, fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatı zamanı 30-dan çox insanı xilas edə bilib, onların arasında dağıntılar altında təxminən 60 saat qaldıqdan sonra sağ tapılan uşaq da var. […]

Kriminal

Bakıda ofisin seyfindən 14 800 manat oğurlanıb

Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14 800 manat pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Zelenski istefaya göndərdiyi Zalujnıya “Ukrayna Qəhrəmanı” adını verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verib. Bunu təsdiq edən müvafiq fərman Ukrayna prezidentinin internet saytında dərc olunub. Fərmanda qeyd olunur ki, V.Zalujnı Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində əlamətdar şəxsi xidmətlərinə, Ukrayna xalqı qarşısında fədakar xidmətinə görə bu ada layiq görülüb. Qeyd edək ki, Valeri Zalujnı ötən […]

İdman

Azərbaycanın FIFA referisi Yunanıstanda mərkəzi oyunu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununa təyinat alıb. Ədalət təmsilçisi fevralın 11-də keçiriləcək XXII turun PAOK – AEK matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Yerli referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Digər FIFA referimiz Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimidir. Qeyd edək ki, qarşılaşma […]

Cəmiyyət

BDU-nun dosenti vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının böyük laborantı Kübra Ağayeva 82 yaşında dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Kübra Ağayeva 55 il BDU-da çalışıb. Xeberal.az

Dünya

“Oskar” mükafatları üçün qaydalar 2001-ci ildən bəri ilk dəfə dəyişdi

“Oskar” mükafatlandırması üçün daha bir kateqoriya əlavə edilib. Belə ki, filmdə ən yaxşı aktyor seçiminə görə “kastinqdə nailiyyətlərə görə” mükafatı veriləcək. Yenilik artıq Kino Sənəti və Elmləri Akademiyasının Rəhbərlər Şurası tərəfindən təsdiqlənib. Kateqoriyanın ilk qalibi 2026-cı ildə – 98-ci “Oskar” mükafatı mərasimində veriləcək. Belə ki, gələn il Kino Akademiyası filmlərin aktyor heyətini təhlil edəcək və ən […]

Cəmiyyət

Azərbaycanda bir rayonda içməli suyun verilişi dayandırılıb

Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib. Bu barədə Kürdəmir Rayon İcra Hakimiyyəti məlumat yayıb. Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb. Dövlət Su Ehtiyatları Agentliyi yanında “Azərsu” ASC də sözügedən məlumatı təsdiqləyib. Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır. Xeberal.az

Siyasət

Bakının regional əməkdaşlıq formulu: Tbilisi vasitəçilikdə həvəslidir – ŞƏRH + FOTO

Gürcüstanda yeni hökumətin formalaşması təkcə bu ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Çünki rəsmi Tbilisi regional aktor olaraq bölgədə baş verən hadisələrdə mühüm rol oynayır. Bu, özünü Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində, həmçinin ehtimal olunan sülh sazişi məsələsində də göstərir. Fevralın 8-də Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib. İrakli Kobaxidze ölkənin yeni baş […]

Dünya

Erik ten Haqın “Mançester Yunayted”dəki taleyi məlum oldu

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Qırmızı şeytanlar”larla işini davam etdirəcək. İngiltərəli məşhur idman jurnalisti Stiv Beyts sosial şəbəkə hesabında yazıb ki, klub niderlandlı mütəxəssislə yollarını ayırmağı planlaşdırmır. O əlavə edib ki, məşqçinin istefası məsələsi yalnız komandanın cari mövsümün sonunda uğursuzluğa düçar olacağı halda aktuallaşacaq. Məlumat üçün əlavə edək ki, “Mançester Yunayted”in İngiltərə Premyer […]