Dünya

Filippində torpaq sürüşməsində 100-dən çox insan itkin düşüb

Sharing is caring!


Filippinin Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, daha 110 nəfər isə hələ də itkin düşmüş sayılır.

Bu barədə yerli kanallar məlumat yayıb.

Bildirilir ki, fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatı zamanı 30-dan çox insanı xilas edə bilib, onların arasında dağıntılar altında təxminən 60 saat qaldıqdan sonra sağ tapılan uşaq da var.

Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib, bir neçə ev və yerli qızıl hasilatı zavodunun işçilərini daşıyan bir neçə avtobus torpağın altında qalıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir