İdman

Azərbaycanın FIFA referisi Yunanıstanda mərkəzi oyunu idarə edəcək

Sharing is caring!


Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununa təyinat alıb.

Ədalət təmsilçisi fevralın 11-də keçiriləcək XXII turun PAOK – AEK matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Yerli referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Digər FIFA referimiz Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimidir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. PAOK 50 xalla liderdir. İki xal az toplayan AEK ikinci pillədə qərarlaşıb.

Mənbə: parapolitika.gr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir