Dünya

Erik ten Haqın “Mançester Yunayted”dəki taleyi məlum oldu

Sharing is caring!


“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Qırmızı şeytanlar”larla işini davam etdirəcək.

İngiltərəli məşhur idman jurnalisti Stiv Beyts sosial şəbəkə hesabında yazıb ki, klub niderlandlı mütəxəssislə yollarını ayırmağı planlaşdırmır.

O əlavə edib ki, məşqçinin istefası məsələsi yalnız komandanın cari mövsümün sonunda uğursuzluğa düçar olacağı halda aktuallaşacaq.

Məlumat üçün əlavə edək ki, “Mançester Yunayted”in İngiltərə Premyer Liqasında altıncı sırada getməsi klubun azarkeşlərini və rəhbərliyinin narazılığına səbəb olub. Bununla əlaqədar mətbuatda mütəmadi olaraq Erik ten Haqın tezliklə istefaya göndərilicəyi qeyd olunur.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir