Dünya

“Oskar” mükafatları üçün qaydalar 2001-ci ildən bəri ilk dəfə dəyişdi

Sharing is caring!


“Oskar” mükafatlandırması üçün daha bir kateqoriya əlavə edilib. Belə ki, filmdə ən yaxşı aktyor seçiminə görə “kastinqdə nailiyyətlərə görə” mükafatı veriləcək.

Yenilik artıq Kino Sənəti və Elmləri Akademiyasının Rəhbərlər Şurası tərəfindən təsdiqlənib.

Kateqoriyanın ilk qalibi 2026-cı ildə – 98-ci “Oskar” mükafatı mərasimində veriləcək. Belə ki, gələn il Kino Akademiyası filmlərin aktyor heyətini təhlil edəcək və ən yaxşılarını seçəcək.

Yeri gəlmişkən, Akademiya sonuncu dəfə 2001-ci ildə yeni Oskar kateqoriyası (“ən yaxşı tammetrajlı cizgi filmi”) təsis etmişdi.

Xatırladaq ki, yanvarın sonunda Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir