Cəmiyyət

Azərbaycanda bir rayonda içməli suyun verilişi dayandırılıb

Sharing is caring!


Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib.

Bu barədə Kürdəmir Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb.

Dövlət Su Ehtiyatları Agentliyi yanında “Azərsu” ASC də sözügedən məlumatı təsdiqləyib. Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir