Dünya

Türkiyəli komandodan bacısına nişan sürprizi – VİDEO

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda keçirilən nişan mərasimi xoş sürpriz və sevinc göz yaşları ilə müşahidə edilib. Belə ki, üzük taxma mərasimindən əvvəl məclisdə iştirak edən qonaqlara gəlinin hərbi xidmətdə olan qardaşının bacısına ünvanlandığı məktub oxunub. Bu hadisədən dərhal sonra isə heç kimin gözləmədiyi bir halda nişanı baş tutan qızın komando taborunda xidmət edən qardaşı mərasiminin keçirildiyi […]

Dünya

ABŞ-də qadın xarab olmuş balıq yedikdən sonra əllərini və ayaqlarını itirib

Amerikalı qadın tərkibində təhlükəli bakteriyalar olan balığı yedikdən sonra əzalarını itirib. 40 yaşlı Laura Baraxas ağır vəziyyətdə ABŞ-nin Kaliforniya ştatının xəstəxanasına yerləşdirilib. Tilapiya balığını yedikdən sonra qadında sepsis inkişaf edib. “Həkimlər onu medikamentoz komaya salıblar. Onun əl və ayaq barmaqları və dodaqları qaralıb, onda böyrək çatışmazlığı inkişaf edib”, – deyə amerikalı qadının yaxın rəfiqəsi bildirib. Həkimlər […]

Dünya

Sakit okeanda “batan” dövlət öz konstitusiyasına əbədiliyini yazdı – FOTO

Sakit Okeanda kiçik bir ada dövləti olan Tuvalu hətta fiziki olaraq yoxa çıxdıqdan sonra belə öz varlığını davam etdirəcək. Müvafiq müddəa ölkə konstitusiyasına daxil edilmişdir. “Tuvalu dövləti iqlim dəyişikliyinin nəticələrinə və ərazisinin itirilməsinə səbəb olacaq digər hallara baxmayaraq, həmişə mövcud olacaq”, – deyə sənəddə qeyd olunub. “Bu addım ölkəni gələcəyə hazırlamağın bir hissəsidir, çünki o, […]

Dünya

Meksikada narkotik mafiyası ilə məşğul olan qruplaşmalar arasında silahlı toqquşma baş verib

Meksikanın Xalisko ştatında silahlı şəxslərin bara hücumu nəticəsində altı nəfər həyatını itirib. Məlumatı Xalisko Əyalət Prokurorluğu da təsdiq edib. İnsident nəticəsində yaralıların olduğu bildirilsə də, onların sayı barədə məlumat verilməyib. Silahlı toqquşmanın narkotik ticarəti ilə məşğul olan mafiyalar arasında baş verən qarşıdurmanın nəticəsində olduğu təxmin edilir. Mənbə: Anadolu Xeberal.az

Dünya

Bolqarıstanın Qara dəniz sahilində minalı dron tapılıb

Bolqarıstanın Qara dəniz şimal sahilindəki Tyulenovo kəndi yaxınlığında üzərinə 82 mm-lik mina bərkidilmiş pilotsuz uçan aparat (PUA) sahilə düşüb. Bu barədə Bolqarıstan Milli Radiosunun jurnalistləri məlumat yayıblar. Uçuş aparatını ilk görən yerli sakinlər olublar. Onlar dərhal polisə müraciət edərək hadisə barədə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal PUA-nın düşdüyü yeri mühasirəyə alıblar. […]

Cəmiyyət

Döyüş yoldaşları 31 il sonra nəşi tapılan Riad Əhmədovdan danışdı – VİDEO

31 il sonra nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun döyüş yoldaşları xatirələri barədə danışıblar. Bu barədə İTV süjet hazırlayıb. Belə ki, şəhidimizin döyüş yoldaşları Vaqif Qədirov və ehtiyatda olan polkovnik Tofiq Qənbərov Riad Əhmədovla bağlı xatirələrini bölüşüblər. Həmin süjeti təqdim edirik: Xeberal.az

Dünya

Cənubi Koreya yeraltı bunkerləri məhv etmək üçün raket hazırlayır

Koreya Respublikası yeraltı istehkamları vura bilən yeni raketin hazırlanmasına 218 milyon dollar (370,6 milyon manat) sərmayə qoymağı planlaşdırır. Bu barədə Cənubi Koreyanın Milli Müdafiə Tədarükü Proqramları İdarəsi (DAPA) xəbər verir. Verilən məlumata görə, yeni raket məsafə və nüfuzetmə qabiliyyəti kimi əsas göstəricilərə görə mövcud oxşar silah sistemini üstələyəcək. DAPA yeni silahın texniki xüsusiyyətləri barədə təfərrüatlı […]

Cəmiyyət

Məktəblərin dərs yükü problem yaratdı: Valideynlər və şagirdlər şikayətçidirlər – VİDEO

Yeni tədris ilinin başlamasının ardından məktəblərin dərs yükü şagirdlərdə problem yaradıb. Əksər valideynlər və şagirdlər yay tətilindən sonra məktəbə adaptasiyanın çətin olduğunu bildiriblər. Psixoloq Gülnar Orucova bu problemlə bağlı bildirib ki, ilk gündən etibarən tam ciddi şəkildə dərslərə başlanılması şagirdlərdə bəzən dərsə həvəssizlik və laqeydsiz ortaya çıxarır: “Uşaqların maraq dairələrindən çıxış etmək lazımdır”. Ətraflı Baku TV-nin […]

Tədbirlər

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq tədbir təşkil olunmuşdur

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə […]