Dünya

Türkiyəli komandodan bacısına nişan sürprizi – VİDEO

Sharing is caring!


Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda keçirilən nişan mərasimi xoş sürpriz və sevinc göz yaşları ilə müşahidə edilib.

Belə ki, üzük taxma mərasimindən əvvəl məclisdə iştirak edən qonaqlara gəlinin hərbi xidmətdə olan qardaşının bacısına ünvanlandığı məktub oxunub.

Bu hadisədən dərhal sonra isə heç kimin gözləmədiyi bir halda nişanı baş tutan qızın komando taborunda xidmət edən qardaşı mərasiminin keçirildiyi ünvana daxil olaraq anasına və bacısına sarılıb.

Hadisə nişan mərasimində iştirak edənlərin alqışları və göz yaşları ilə müşahidə edilib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir