Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından dünya ölkələrini Şimali Kipr Türk Respublikasını tanımağa və onunla diplomatik əlaqələr qurmağa çağırıb. Dövlət başçısı bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarında çıxışı zamanı deyib. “Kipr türklərinin səmimi səylərinə baxmayaraq, adada federal həllin əldə oluna bilməyəcəyi fakt olaraq qalır. Biz beynəlxalq ictimaiyyəti bunu qəbul etməyə, […]
Day: Sentyabr 30, 2023
Azərbaycan səfiri Bundestaqın ermənipərəst diplomatına cavab verib
“Bəzi Qərb siyasətçilərinin Ermənistanın nə etməsindən asılı olmayaraq onu Azərbaycana qarşı tam dəstəkləməsi erməni separatçılarını daha da inadkar edib. Bununla da sülhün əldə olunması çətinləşib”. “Report” xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkəmizi hərbi təcavüzdə ittiham edən Almaniya Bundestaqının üzvü kimi fəaliyyət göstərən, Almaniya Sosial Demokrat Partiyasının (SPD) siyasətçisi Maykl Helmut Rota cavabında […]
Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb və onu Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb. “BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində […]
MN: “Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlarlar yalandır”
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Müdafiə Nazirliyindən bildirilib. Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Xeberal.az
Hərbi xuntanın sonu çatdı: Boz zona ləğv ediləcək – VİDEO
Hərbi xuntanın sonu çatdı. Boz zona ləğv ediləcək. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. “Qarabağın erməni əhalisi cinayətkar dəstənin zülmündən xilas ediləcək və tam şəkildə Azərbaycan cəmiyyətinə inteqrasiya ediləcək. Hazırda hələ də Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir”, – videomaterialda vurğulanır. Qeyd olunur ki, belə tədbirlərin vaxtı […]
BMT: “Dünyada aclıq 2005-ci ildən bəri ən yüksək həddə çatıb”
Dünyada ac insanların sayı 2005-ci ildən bəri ən yüksək həddə çatıb. Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında BMT-nin baş katibi Antonio Quterreş deyib. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasından 75 il keçir və bəzi sahələrdə – müstəmləkəçiliyə və seqreqasiyaya son qoyulmasından tutmuş qadınların səsvermə hüququnun əldə edilməsinə qədər böyük irəliləyişlər əldə olunub. […]
Qarabağdakı antiterror tədbirlərinin yeni görüntüləri yayılıb – VİDEO
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı lokal antiterror tədbirlərinin drondan çəkilmiş yeni görüntüləri yayılıb. Bu barədə “Caliber” məlumat yayıb. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
Qarabağda nə baş verir? – Antiterror tədbirlərinin detalları – VİDEO
Hərbi jurnalist Fərdin İsazadə ötən gecə Qarabağ iqtisadi rayonunda baş verən terror aktı barədə detalları bölüşüb. F.İsazadə qeyd edib ki, Erməni silahlı qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonu ərazisində mart ayında 499 olan və qanunsuz şəkildə salınan hərbi infrastruktur sentyabr ayında 737-yə çatdırılıb. Ətraflı süjetdə: Xeberal.az
Baş prokurorluq: “Qanunsuz erməni silahlı qüvvələri Ağdamda ekskavatorçunu öldürməyə cəhd ediblər”
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib. […]
Rusiyanın İrəvandakı səfirliyi Ermənistan XİN-ə nota göndərdi
Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən tamamilə bağlanıb. Diplomatik nümayəndəlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib. “Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internetdə yayılan çağırışlara diqqət yetirdik. Onlar peyda olandan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə bağlandı. Normal fəaliyyət […]