Dünya

Cənubi Koreya yeraltı bunkerləri məhv etmək üçün raket hazırlayır

Sharing is caring!


Koreya Respublikası yeraltı istehkamları vura bilən yeni raketin hazırlanmasına 218 milyon dollar (370,6 milyon manat) sərmayə qoymağı planlaşdırır.

Bu barədə Cənubi Koreyanın Milli Müdafiə Tədarükü Proqramları İdarəsi (DAPA) xəbər verir.

Verilən məlumata görə, yeni raket məsafə və nüfuzetmə qabiliyyəti kimi əsas göstəricilərə görə mövcud oxşar silah sistemini üstələyəcək. DAPA yeni silahın texniki xüsusiyyətləri barədə təfərrüatlı məlumat verməyib, lakin onun uçuş məsafəsinin 180 km-dən 300 km-ə qədər artacağı gözlənilir. Raketin təkmilləşdirilmiş versiyası mobil buraxılış qurğularında yerləşəcək.

Qeyd olunur ki, yeni sursat tunellərdə və bunkerlərdə gizlənmiş hədəflərə yüksək dəqiqliklə zərbələr endirməyə imkan verəcək.

2027-ci ildə başa çatdırılması planlaşdırılan layihədə Cənubi Koreyanın aparıcı müdafiə şirkətləri iştirak edir. DAPA işlərin gedişinə nəzarət edəcək.

Bu ilin əvvəlində departament 1,17 milyard dollar (1,989 milyard manat) ayrılan Koreyanın “Yer-yer” taktiki raketinin (KTSSM) təkmilləşdirilmiş versiyasının hazırlanması proqramının başlandığını elan edib. Onun yaradılmasının 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir