Dünya

Bolqarıstanın Qara dəniz sahilində minalı dron tapılıb

Sharing is caring!


Bolqarıstanın Qara dəniz şimal sahilindəki Tyulenovo kəndi yaxınlığında üzərinə 82 mm-lik mina bərkidilmiş pilotsuz uçan aparat (PUA) sahilə düşüb.

Bu barədə Bolqarıstan Milli Radiosunun jurnalistləri məlumat yayıblar.

Uçuş aparatını ilk görən yerli sakinlər olublar. Onlar dərhal polisə müraciət edərək hadisə barədə xəbər veriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal PUA-nın düşdüyü yeri mühasirəyə alıblar. Dronun düşdüyü ərazinin yaxınlığında hotel yerləşir. Hoteldə olan 30 nəfərin hamısı təxliyə edilib. Hazırda Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin istehkamçılar komandası Tyulenovoya yollanır.

Bolqarıstana düşən məhz 82 mm-lik mina bərkidilmiş dronun düşməsi barədə məlumatı mütəxəssislər təsdiqləyiblər. Onlar hadisə yerində çəkilmiş fotoları təhlil ediblər.

Mənbə: aif.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir