Dünya

ABŞ-də qadın xarab olmuş balıq yedikdən sonra əllərini və ayaqlarını itirib

Sharing is caring!


Amerikalı qadın tərkibində təhlükəli bakteriyalar olan balığı yedikdən sonra əzalarını itirib.

40 yaşlı Laura Baraxas ağır vəziyyətdə ABŞ-nin Kaliforniya ştatının xəstəxanasına yerləşdirilib. Tilapiya balığını yedikdən sonra qadında sepsis inkişaf edib.

“Həkimlər onu medikamentoz komaya salıblar. Onun əl və ayaq barmaqları və dodaqları qaralıb, onda böyrək çatışmazlığı inkişaf edib”, – deyə amerikalı qadının yaxın rəfiqəsi bildirib.

Həkimlər xəstənin əzalarını amputasiya etməli olublar. Ekspertlər qadının şam yeməyində yediyi balıqda “ət yeyən” vibrionlar kimi tanınan təhlükəli “Vibrio Vulnificus” bakteriyasının olduğunu aşkar ediblər.

Bu mikroorqanizmlər mədə-bağırsaq traktının pozğunluqlarına səbəb ola bilər və əgər balıq lazımi dərəcədə istilik emalından keçməmişsə, vibrionlar bədəndə sürətlə çoxalmağa başlayacaq və sepsisin inkişafına səbəb olacaq.

Mənbə: New York Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir