Siyasət

Kamran Əliyev: “Axtarışda olan erməniəsilli şəxslərin istintaqa təhvil verilməsi işləri sürətləndirilib”

“Axtarışda olan 400-ə yaxın erməniəsilli şəxsin tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib”. “Report” xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistan kütləvi məzarlıqlarla və xəritələrlə bağlı Azərbaycana məlumatları vermir: “Verilən xəritələrin əksəriyyəti də reallığı əks etdirmir. Lakin biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hazırda axtarışda 400-ə yaxın erməniəsilli […]

Dünya

Həbsdə olan daha bir güneyli fəalın vəziyyəti ağırdır – FOTO

Həbsdə olan güneyli müəllim Cəfər İbrahiminin vəziyyəti ağırdır. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, güney azərbaycanlı fəalın səhhətinin və görmə qabiliyyətinin pisləşməsinə baxmayaraq, hələ də tibbi yardımdan məhrumdur, müalicə üçün xəstəxanaya göndərilmir. O da məlum olub ki, İbrahimi “Evin” həbsxanasından 12 məhbusla birlikdə “Qızılhisar” həbsxanasına köçürülüb və ağır cinayət törədən məhbuslarla […]

İqtisadiyyat

Azərbaycana elektromobil idxalı yeddi dəfəyə yaxın artıb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 74 milyon 136 min dollar dəyərində 1 803 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə say baxımından 6,8 dəfə və ya 1 536 ədəd, məbləğ baxımından isə 8,2 dəfə və ya 65 […]

Dünya

Rusiyada zavodda böyük yanğın baş verib – FOTO/VİDEO

Rusiyanın Samara vilayətində keçmiş diyircəkli yastıq (“podşipnik”) zavodunun ərazisində böyük yanğın baş verib. Yanğının sahəsi min kvadratmetrə çatıb. Hadisə barədə Samara vilayəti üzrə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Belə ki, nazirlikdən verilən məlumata görə, yanğın barədə məlumat sentyabrın 15-də saat 10:39-da növbətçi xidmətə daxil olub. Qeyd edək ki, Kirov bazarının yaxınlığında, Kalinin küçəsi, 1 […]

Dünya

Nobel mükafatının məbləği bir milyon artırılacaq

Nobel Fondu bütün kateqoriyalar üzrə Nobel mükafatının məbləğini ötən illə müqayisədə bir milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq. Məlumata görə, 2022-ci ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar) bir qədər az olub. Qeyd edək ki, builki qaliblər 2-9 oktyabr aralığında elan olunmağa başlayacaq. Mənbə: reuters.com Xeberal.az

Siyasət

İlham Əliyev: “Heydər Əliyevin səyləri sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulub”

“Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda […]

İqtisadiyyat

“Transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlığı əhəmiyyət daşıyır”

“Hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir”. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin […]

Siyasət

Prezident İlham Əliyev: “İşğal zamanı ərazilərimiz beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilib”

Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi […]

Siyasət

Qarabağ məsələsi: ABŞ “dözməyəcəyik” deyə həşir salır – TƏHLİL

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin Qarabağda baş verən hadisələrə hiddətli və qərəzli münasibəti Vaşinqtonla Rusiya arasında artan gərginliyin dəlilidir. Belə ki, Yuri Kimin Senatın Xarici Əlaqələr Komitəsi qarşısındakı bəyanatının tonu: – ABŞ-nin Rusiya-Azərbaycan əlaqələrinə qarşı qısqanclığının ifadəsidir; – Rusiya-Ermənistan münasibətlərindəki qırılmaların fonunda Azərbaycanın regionda öz gücünü […]

Dünya

Böyük Britaniya İranın mədəniyyət naziri və Tehran merinə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya ABŞ, Kanada və Avstraliya ilə koordinasiyalı şəkildə qadınların hicaba məcbur edilməsi iddiası ilə İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, onun müavini Məhəmməd Haşimi, Tehran meri Əlirza Zəkani və İran polisinin sözçüsü Səid Montazər əl-Mehdiyə Böyük […]