Xətai rayonundakı bir küçə əsl maşın “ölüxana”sını xatırladır. Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət isə yolda hərəkəti məhdudlaşdırır. Söhbət Ehmədli qəsəbəsi 5-ci Rezervuar küçəsindən gedir. Sakinlər bildirirlər ki, avtomobillərin kənarlaşdırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmır. Sakinləri narahat edən digər məsələ isə yolların bərbad vəziyyətdə olmasıdır. Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, problemdən […]
Day: Sentyabr 30, 2023
İspaniyada ilk dəfə daun sindromlu qadın millət vəkili oldu
İspaniyada daun sindromlu qadın, 46 yaşlı siyasətçi Mar Qalseran ilk dəfə parlament üzvü olub. O, Valensiya Muxtar İcmasının parlamentinə seçilib. Deputat belə bir məsuliyyətli vəzifə tutmağa qadir olduğunu sübut etmək və cəmiyyəti “əlilliyi yox, insanı görməyə” təşviq etmək niyyətindədir. Qalseranın fikrincə, əgər siyasətdə maneələr varsa, deməli, onlar sağlamlıqla bağlı məhdudiyyətlər deyil, “cəmiyyətin psixoloji maneələridir”. Siyasətçi […]
Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub – VİDEO
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb. Xeberal.az
DÇ-də het-trik edən ilk və tək türkiyəli futbolçu öldü
Türkiyə futbolunun və “Fənərbağça”nın əfsanələrindən olan Burhan Sargın 93 yaşında vəfat edib. O, Dünya çempionatında het-trik edən ilk və tək türkiyəli futbolçu olub. “Canavar” ləqəbli Sargın milli komandası ilə 8 dəfə meydana çıxıb. O, 1954-cü ildə İsveçrədəki DÇ-də Cənubi Koreyaya qarşı oyunda 3 top vurub. Sargın futboldan ayrıldıqdan sonra vaxtilə formasını geyindiyi “Fənərbaxça” klubunda menecer vəzifəsində […]
Bacılarının tələsi keçmiş məhkumu ömürlük məhkuma çevirdi – CİNAYƏT İŞİ + VİDEO
Evə və torpaq sahəsinə görə bacılarını öldürən qardaş ömürlük həbsə məhkum olunub. Belə ki, Mahmud (Adlar şərtidir) həbsdən çıxdıqdan sonra əvvəllər yaşadığı evə gəlir. Burada onu bacıları Natəvan və Zibeydə qarşılayır. Mahmud ab-havadan anlayır ki, bacıları artıq onun yaşadığı evə sahibləniblər. Ertəsi gün Mahmud bu evdə və torpaqda nəyə sahib olacağını müəyyən etməyə çalışır. O, […]
Dünya Bankının rəsmisi: “Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur” – FOTO
“Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Oxu.Az-a verilən məlumata görə, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşündə deyib. S.Babayev S.Stallmeisteri yeni təyinatı münasibətilə təbrik edərək, nazirliklə Dünya Bankının uğurlu əməkdaşlıq təcrübəsini, ötən dövrdə birgə icra olunan […]
Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi – FOTO
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib. “Report” xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Çıxışlar zamanı müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik […]
Azərbaycan XİN-də diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin vaxtı AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) işə qəbulda dörd bacarıq üzrə qiymətləndirilmə aparılacaq. Mərkəzdən verilən məlumata görə, XİN-ə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır. […]
Ramil Şeydayev Tailand çempionatında iki məhsuldar ötürmə etdi – VİDEO
Bu gün Tailand çempionatında 4-cü tur start götürüb. Oxu.Az xəbər verir ki, Ramil Şeydayevin də çıxış etdiyi “Buriram Yunayted” öz meydanında “Trat”ı qəbul edib. Görüş “Buriram Yunayted”in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan və 78-ci dəqiqədə əvəzlənən Şeydayev iki qol ötürməsi edib. O, 1-ci və 4-cü qolda məhsuldar ötürmə müəllifi olub. […]
Bayden Mərkəzi Asiya dövlətlərinin liderləri ilə görüşəcək
ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşəcək. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib. Onun sözlərinə görə, bu, tərəflər arasında dövlət başçıları səviyyəsində ilk görüş olacaq. “Bu görüş liderlərə regional təhlükəsizlikdən tutmuş ticarətə, iqlim dəyişikliyinə və idarəetmənin təkmilləşdirilməsilə qanunun […]