Dünya

İspaniyada ilk dəfə daun sindromlu qadın millət vəkili oldu

Sharing is caring!


İspaniyada daun sindromlu qadın, 46 yaşlı siyasətçi Mar Qalseran ilk dəfə parlament üzvü olub.

O, Valensiya Muxtar İcmasının parlamentinə seçilib.

Deputat belə bir məsuliyyətli vəzifə tutmağa qadir olduğunu sübut etmək və cəmiyyəti “əlilliyi yox, insanı görməyə” təşviq etmək niyyətindədir.

Qalseranın fikrincə, əgər siyasətdə maneələr varsa, deməli, onlar sağlamlıqla bağlı məhdudiyyətlər deyil, “cəmiyyətin psixoloji maneələridir”.

Siyasətçi bu sərhədlərin dağıdılmasına töhfə vermək fikrindədir.

Qalseran çox gənc yaşlarından siyasətlə maraqlanıb və ona bu imkan yaratdığına görə Xalq Partiyasına təşəkkür edib.

Qeyd edək ki, Qalseran 26 ildir ki, dövlət qulluğundadır. O, xüsusilə Valensiya səhiyyə nazirinin müavini vəzifəsində çalışıb. Qalseran həm də hotel biznesi və turizm sahəsində mütəxəssisdir.

Mənbə: daily.afisha

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir