Cəmiyyət

Əhali özbaşına “böyütdüyü” evləri necə sənədləşdirə bilər? – Ekspert açıqladı + VİDEO

Paytaxtda köhnə binalarda artırmalar edilməsi ənənəyə çevrilib. Lakin bu artırmaların özbaşına olması onların sonrakı aqibətini sual altına qoyur. Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir ki, bu cür artırmalar söküntülər zamanı bir sıra problemlər yaradır: “Söküntü zamanı mənzil sahibləri bu artırmaların da nəzərə alınmasını tələb edirlər. Lakin bəzi tikinti şirkətləri binaları ümumi mənzil hesabına layihələndirirlər. Vətəndaşlara […]

Siyasət

Sahibə Qafarova Kubaya səfərə gedib – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kubanın Havana şəhərinə işgüzar səfərə gedib. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini Kubanın ədliyyə naziri Oskar Silvera Martines, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər […]

Araşdırma

“Ziraat Bank Azərbaycan”da nə baş verir? – Məhkəmə qarşısına çıxacaq

“Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib. Xəbəral.az xəbər verir ki, iddiaçı Şirzadova Aynur Cavanşir qızıdır. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. “Ziraat Bank Azərbaycan” ASC-nin kredit siyasəti ilə bağlı yerli mediada tənqidi materiallar yer alıb. Xüsusilə, bankın İdarə Heyətinin keçmiş […]

İdman

Azərbaycan millisinin sabiq futzalçısı: “Yığma bu mərhələni mütləq keçməlidir”

“Yığma bu mərhələni mütləq keçməlidir. Digər nəticə ilə barışmaq olmaz”. Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimov komandanın DÇ-2024-ün elit mərhələsindəki şansları barədə danışarkən deyib. “Neftçi” İK-da çıxış edən 43 yaşlı oyunçu yığmanın çətin qrupda yer almadığını bildirib: “Niderlandla dəfələrlə görüşmüşük. Onları Bakıda və səfərdə məğlub etmişik. Komandamız bu raundu rahat keçməlidir. Millinin təlim-məşq […]

Dünya

Bəşər Əsəd müharibədən çıxıb kral olmaq istəyir

Suriya Prezidenti Bəşər Əsəd kral olmaq istəyir. Bu barədə yerli “Elaf” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, dövlət başçısı ölkəsindəki idarəetmə sistemini respublika monarxiyasına dəyişmək istəyir. Qərar ona oğlu üçün ölkə başçısı vəzifəsini saxlamağa və ailə üzvlərinə imtiyazlar verməyə kömək etməlidir. Həmçinin bildirilir ki, Əsəd “ərəb baharı”ndan yalnız monarxiya rejimlərinin sağ çıxdığını görüb, ona […]

İqtisadiyyat

Azərbaycanda ilin əvvəlindən 41 yeni dövlət standartı qəbul edilib – FOTO

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 41 yeni dövlət standartı qəbul edib. Bunu Dövlət Xidmətinin sədri Məmməd Abbasbəyli özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,9% çoxdur. Yeddi ay ərzində qəbul edilmiş standartların […]

Cəmiyyət

Məktəb tikmək istədilər, zibilxanaya döndü: Soyulanda antisanitar vəziyyət – FOTO

Tərtər rayonu, Soyulan kəndində antisanitar vəziyyət hökm sürür. Oxu.Az xəbər verir ki, kənddə məktəb tikintisi üçün hazırlanan əraziyə məişət tullantıları atılıb. Belə ki, 1990-cı illərdə ərazidə məktəb üçün bünövrə qazılıb. Ancaq sonradan işlər yarımçıq qalıb və boş əraziyə zibillər atılıb. Ərazi insan sağlamlığı üçün təhlükə saçır. Həmin fotoları təqdim edirik: Nəzrin Vahid Xeberal.az

Dünya

“Əl-Qaidə” Avropanı terror hücumları ilə hədələyir

Ərəbistan yarımadasındakı “Əl-Qaidə” terror qruplaşması Parisdə nazirliyə hücum etməyi və İsveç səfirliyini dağıtmağı planlaşdırır. Məlumata görə, təhdidlər İsveçdə bu yaxınlarda Quran yandırılması fonunda edilib. Terrorçular hesab edirlər ki, İsveç və Fransa müsəlmanlara qarşı müharibəyə başlayıblar. Qeyd edək ki, həmin qruplaşma 2015-ci ildə Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasında edilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. […]

Siyasət

EU Reporter: “İrəvan Bakıyla sülh sazişində maraqlıdırsa, siyasi manipulyasiyaya son qoymalıdır”

“Ermənistandakı revanşist qruplar Azərbaycanla münaqişəni hələ də bitməmiş hesab edirlər və əmindirlər ki, İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatçılara bundan sonra da himayədarlıq etməlidir”. Bu barədə “EU Reporter” nəşrində dərc olunan məqalədə deyilir. Bildirilir ki, bununla onlar Azərbaycan üçün qəbuledilməz olan “boz zona” yaratmağa çalışırlar. “Bu taktikaya separatçılara siyasi, iqtisadi və hərbi dəstək vermək, eyni zamanda, […]