Araşdırma

“Ziraat Bank Azərbaycan”da nə baş verir? – Məhkəmə qarşısına çıxacaq

Sharing is caring!

“Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.

Xəbəral.az xəbər verir ki, iddiaçı Şirzadova Aynur Cavanşir qızıdır.

Onun iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

“Ziraat Bank Azərbaycan” ASC-nin kredit siyasəti ilə bağlı yerli mediada tənqidi materiallar yer alıb.

Xüsusilə, bankın İdarə Heyətinin keçmiş sədri Avnı Dəmirçinin dövründə bankın adı saxta kreditlər verməkdə, xərcləri şişirtməkdə hallanıb. İddialara görə bu işdə Avnı Dəmirçinin müavini Rövşən İbrahimovun müstəsna əməyi olub. Təbii ki, o, özfəaliyyətlə məşğul olub. Birbaşa Avnı Dəmirçinin tapşırıqları əsasında hərəkət edib.

Avnı Dəmirçi hazırda bankın rəhbərlyində təmsil olunmasa da, Azərbaycandadır və indinin özündə “Ziraat Bank Azərbaycan” ASC-yə təsir imkanlarını saxlayır və yenə də Rövşən İbrahimovla işbirliyindədir.

Onların dövründə problemli kreditlərin həcmi böyüyüb. İndi bankın məhkəmə çəkişmələrinə cəlb edilməsi Avnı Dəmirçi və Rövşən İbrahimovun fəaliyyətinin nəticəsi kimi dəyərlənrilirir.

Xatırladaq ki, bankın hazırda idarə heyətinin sədri Selçuk Demirdir.32gun.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir