Cəmiyyət

“Zibil poliqonlarında tapılan avtomobil dövlət qeydiyyat nişanlarını sürücülər yenidən bərpa etdirə bilərlər”

“Zibil poliqonlarında tapılan avtomobil dövlət qeydiyyat nişanlarını sürücülər yenidən bərpa etdirə bilərlər”. Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, avtomobilin nömrəsinin itirilməsi inzibati məsuliyyətlə yanaşı, mənəvi məsuliyyət də yaradır: “Zibil qutularından 57 avtomobil dövlət qeydiyyat nişanı tapılıb. Həmçinin tullantılar […]

Dünya

Ursula fon der Lyayenin “əzabverici” çıxışına Avropa komissarından qəribə etiraz – VİDEO

Avropa komissarı İlva Yohannson Avropa Komitəsinin prezidenti Ursula fon der Lyayenin Avropa İttifaqındakı vəziyyətlə bağlı dünənki çıxışı zamanı onu dinləməkdənsə, toxuma ilə məşğul olmağa üstünlük verib. Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə bu fraqmenti dərc edərək, fon der Lyayenin çıxışının “əzabverici” olduğunu qeyd edib. Mənbə: RİA Novosti” “Telegram” kanalı Xeberal.az

Siyasət

İranın baş prokuroru Azərbaycana gəlib – FOTO

İranın baş prokuroru Məhəmməd Movəhhedi Azad İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak etmək üçün dünən Bakıya gəlib. Bu barədə “Azad İran” “Telegram” kanalı İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verib. Bildirilir ki, o, sözügedən iclasda çıxış etməklə yanaşı, Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüşəcək. Bundan başqa, Məhəmməd Movəhhedi Azadın digər ölkələrdən, […]

Siyasət

Paşinyan: “İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək”

“Ermənistan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək”. Bu sözləri  Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O, vurğulayıb ki, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir. Mənbə: News.am Xeberal.az

Cəmiyyət

TRUST layihəsi başa çatıb – FOTO

Erasmus Tələbə Şəbəkəsi Azərbaycanın (ESN Azerbaijan) təşkilatçılığı, Erasmus+ Tələbə və Məzunlar Alyansının (ESAA) dəstəyi və Azərbaycanda Milli Erasmus+ Ofisinin tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin Beynəlxalq əməkdaşlıq şöbələrinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə car ilin 11-13 sentyabr tarixlərində “Transmilli Tərəfdaşlıqların Gücləndirilməsində Universitetlər üçün Təlim və Resurslar (TRUST)” layihəsi həyata keçirilib. Layihəni giriş sözü ilə […]

Cəmiyyət

Beynəlxalq Astronavtika Konqresinə dair brifinq keçirilir – CANLI YAYIM + FOTO

“Azərbaycan üçün bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etmək qürurvericidir. Bu, Azərbaycanın regiondakı önəmini bir daha vurğulayır”. Oxu.Az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov 74-cü Beynəlxalq Astronavtika Konqresinin media brifinqində çıxışı zamanı deyib. O bildirib ki, Beynəlxalq Astronavtika Konqresinə bu sahədə geniş araşdırmalar etmiş mütəxəssislər və alimlər […]

Müharibə

Avtoqəzada həlak olan hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib

Dünən çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Kamrəddin oğlu Namazovun nəşi Tovuz rayonunun Qovlar şəhərinə gətirilib. “Report”un Qərb bürosunun məlumatına görə, Nihad Namazovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib, onunla vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri […]

Dünya

Rusiyada qaz kəmərində güclü yanğın olub – VİDEO

Rusiyanın Saratov şəhərinin Qaqarinski rayonunda qaz kəmərində güclü yanğın olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsi məlumat yayıb. Hadisə nəticəsində iki hektar otluq ərazi yanıb. Xəsarət alanların olmadığı bildirilir. Hadisə yerində fövqəladə xidmət əməkdaşları cəlb ediliblər. Bir müddət sonra regional hökumətin nümayəndəsi Yuri Yurin yanğının tamamilə nəzarət altına alındığını bildirib. Mənbə: TASS […]

İdman

Azərbaycanlı döyüşçü: “Maraqlı qarşılaşmalar olacaq”

“Maraqlı qarşılaşmalar olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik”. Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turniri ilə bağlı danışarkən deyib. İdmançı Azərbaycanda belə yarış keçirildiyi üçün təşkilatçılara təşəkkür edib: “Öz döyüşümüzlə gənclərə örnək olmaq istəyirik. “Rizin”də 2019-cu çempion olandan sonra “Bellattor”da mübarizə aparıram. Burada […]