Cəmiyyət

TRUST layihəsi başa çatıb – FOTO

Sharing is caring!


Erasmus Tələbə Şəbəkəsi Azərbaycanın (ESN Azerbaijan) təşkilatçılığı, Erasmus+ Tələbə və Məzunlar Alyansının (ESAA) dəstəyi və Azərbaycanda Milli Erasmus+ Ofisinin tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin Beynəlxalq əməkdaşlıq şöbələrinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə car ilin 11-13 sentyabr tarixlərində “Transmilli Tərəfdaşlıqların Gücləndirilməsində Universitetlər üçün Təlim və Resurslar (TRUST)” layihəsi həyata keçirilib.

Layihəni giriş sözü ilə açan birliyin sədri Əli Tağıyev qloballaşan dünyada beynəlxalq təhsilin artan rolundan sözü açıb və bu istiqamətdə ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsinin önəmliliyini vurğulayıb. Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Günay Cəfərzadə çıxış edərək son illərdə ölkəmizdə təhsilin beynəlmiləlləşməsi istiqamətində aparılan uğurlu islahatlardan danışıb. Azərbaycanda Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov Avropa İttifaqının Erasmus+ proqramının yaratdığı imkanların yerli ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.

11-13 sentyabr 2023-cü il tarixlərində Bakıda 3 gün davam edən təlimlərə müxtəlif ali təhsil müəssisələrinin 35 əməkdaşı qatılıb. Təlimlər Erasmus+ proqramı çərçivəsində layihələrin yazılması və həyata keçirilməsi, beynəlxalq tələbə mübadiləsinin təşkili, xarici tərəfdaşlarla strateji kommunikasiyaların aparılması və s. kimi mövzuları əhatə edib. Sözügedən təlimlər beynəlxalq təhsil sahəsində ixtisaslaşmış xarici ekspertlər, Prof.İrina Sikorskaya, Tea Gergedeva və Gülden Bulut tərəfindən aparılıb.

Peşəkar mütəxəssislərin iştirakı ilə baş tutmuş təlimin layihəsinin əsas məqsədi Azərbaycandakı yerli ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən əməkdaşlarının qabaqcıl təcrübələri ilə tanış olmasına şərait yaratmaq, onların bilik və bacarıqlarının zənginləşdirilməsinə dəstək vermək olub. Təlim layihəsini uğurla başa vurmuş iştirakçılar sertifikatla təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir