Cəmiyyət

Beynəlxalq Astronavtika Konqresinə dair brifinq keçirilir – CANLI YAYIM + FOTO

Sharing is caring!


“Azərbaycan üçün bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etmək qürurvericidir. Bu, Azərbaycanın regiondakı önəmini bir daha vurğulayır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov 74-cü Beynəlxalq Astronavtika Konqresinin media brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, Beynəlxalq Astronavtika Konqresinə bu sahədə geniş araşdırmalar etmiş mütəxəssislər və alimlər qatılırlar:

“Bu ilin fevral ayında ölkə başçısı tərəfindən sərəncam imzalanıb və tədbirin həyata keçirilməsi üçün xüsusi komitə yaradılıb. Hökumətimiz bu mötəbər tədbirə maksimum mükəmməl hazırlaşır. Azərbaycanda son dönəmlərdə müxtəlif zirvələr, sammitlər, genişmiqyaslı tədbirlər keçirilir”.

R.Bayramov 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizə qazandıracağı önəmli amillərdən danışıb:

“Azərbaycan üçün bu konqres ilk növbədə bu elmin təşviqinə qulluq edəcək. Nəzərə alın ki, Azərbaycana bir çox ölkədən alimlər, kosmik araşdırmalar edən mütəxəssislər, bu sahədə təhsil alan tələbələr və digərləri gələcəklər. Bu, ölkəmizdə də astronavtika sahəsinə olan marağa təkan verəcək.

İkinci məsələ – beynəlxalq əlaqələrin inkişafına töhfə verəcək. Bu konqresin Azərbaycanda keçirilməsi ilə ölkəmiz kosmik tədqiqatlar sahəsində dayanıqlı tərəfdaş kimi mühüm rola sahib ola biləcək. Azərbaycana gələn yüzlərlə, minlərlə qonaq ölkəmizi tanıyacaq və potensialına şahid olacaq.

“Kosmonavtika və Azərbaycan sözləri bir-birinə nə qədər yaxındır?” sualını verənlər də olacaq. Amma biz nəzərə almalıyıq ki, ölkəmizin belə böyük tədbirin keçirilməsi üçün ev sahibi kimi seçilməsi Azərbaycanın elmə, innovasiyalara önəm verən ölkə olması ilə bağlıdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir