İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” Qəbələ səfərində – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə bir matç keçiriləcək.

Dördüncü pillənin sahibi “Qarabağ” autsayder “Qəbələ”nin qonağı olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Sumqayıt”la (0:0), “Zirə” “Neftçi” ilə (1:1), “Sabah” “Kəpəz”lə (2:2) heç-heçə edib, “Səbail” “Araz-Naxçıvan”a qalib gəlib (1:0).

Azərbaycan Premyer Liqası

VII tur

25 sentyabr (bazar ertəsi)

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev

Qəbələ şəhər stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir