Cəmiyyət

“Zibil poliqonlarında tapılan avtomobil dövlət qeydiyyat nişanlarını sürücülər yenidən bərpa etdirə bilərlər”

Sharing is caring!


“Zibil poliqonlarında tapılan avtomobil dövlət qeydiyyat nişanlarını sürücülər yenidən bərpa etdirə bilərlər”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, avtomobilin nömrəsinin itirilməsi inzibati məsuliyyətlə yanaşı, mənəvi məsuliyyət də yaradır:

“Zibil qutularından 57 avtomobil dövlət qeydiyyat nişanı tapılıb. Həmçinin tullantılar arasında avtomobillərin müvafiq sənədləri, sürücülük vəsiqələri də olub.

“Təmiz Şəhər” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Tap qaytar” adlı yeni layihəyə başlayır. Bu sayədə tapılan dövlət  nömrə nişanları Baş Dövlət Yol Polisi İdarəsinə təhvil veriləcək. Bundan sonra isə avtomobil nömrələrinin sahiblərinə qaytarılması prosesi təmin ediləcək”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir